AZ

Bakıda "Mercedes" və VAZ markalı avtomobilləri qaçıranlar ələ keçdilər

Bakıda avtomobillər qaçırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, mayın 22-də gecə saatlarında Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən "Mercedes-Benz" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
 
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil qısa müddətdə rayon ərazisində tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Tərlan Babayev saxlanılıb.
 
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisindən VAZ-2106 markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Seçilən
98
26
moderator.az

10Mənbələr