AZ

Zelenski: Çin digər ölkələri də Sülh Sammitinə getməkdən çəkindirir

Ukrayna iyunun 15-də İsveçrədə keçiriləcək Sülh Sammitində dünyanın 106 ölkəsinin iştirakına dair razılığını alıb, lakin Rusiya onun keçirilməsinə mane olmağa çalışır.

Turkustan.az xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən səslənib.

İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinin iştirakçıları birgə üç bənd üzrə fəaliyyət planı hazırlayacaqlar: azad naviqasiya, nüvə və enerji təhlükəsizliyi və əsirlərin mübadiləsi, qeyri-qanuni deportasiya edilmiş uşaqların geri qaytarılması.

Daha sonra Ukrayna lideri ABŞ və Çinin Sülh Sammiti ilə bağlı mövqelərini müqayisə edib və Çinin onu pozmağa çalışdığını qeyd edib.

Ukrayna Çinin Zirvə Toplantısında iştirak etməməsindən narazıdır. Hətta Ukrayna lideri rəsmi Pekini sammiti pozmaqda ittiham edir.

“ABŞ yüksək səviyyədə iştirakını təsdiqləyib. Çinə gəlincə, onlar hər hansı bir səviyyədə gələcəklərini təsdiqləməyiblər.

ABŞ isə bəzi dövlətlərlə əlaqə saxlayır və onları Sülh Sammitində iştirak etməyə təşviq edir. Çin isə, əksinə ölkələrin Sülh Sammitinə gəlməsinin qarşısını almağa çalışır. İki mövqe arasında böyük fərq var”,-deyə Zelenski bildirib.

Qlobal Sülh Sammiti 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində keçiriləcək. Rusiya həmin sammitə dəvət olunmayıb. /Musavat.com/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
turkustan.az

10Mənbələr