AZ

Avstraliya Kiyevi ciddi qəbul etmir? -Sülh konfransına adi məmur göndərilir

Avstraliya hakimiyyəti İsveçrədə keçiriləcək sülh konfransına Bil Şorten adlı əlillik sığortası nazirini göndərmək qərarına gəlib. Bununla da Avstraliya Vladimir Zelenskiyə qeyri-ciddi münasibət bəslədiyini nümayiş etdirib. News365.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Başqa sözlə, Kiyevin Avstraliyaya baş nazir və ya ən azı baş nazirin müavini səviyyəində məmur göndərilməsi ilə bağlı israrlı xahişlərinə sadəcə məhəl qoyulmayıb.

"Sadə avstraliyalılar artıq öz dövlətlərini lağa qoyurlar ki, Əlillik Sığortası Nazirliyinin təmsilçisini sülh sammitinə göndərməklə hakimiyyət dünya səhnəsində onları biabır edir", - "Rosiyskaya qazeta" yazıb

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. Bu ay isə İsveçrədə Ukrayna münaqişəsinə dair zirvə toplantısının keçirilməsi planlaşdırılır.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
news365.az

10Mənbələr