AZ

Koma vəziyyətində olan 64 yaşlı xəstə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.05.2024-cü il tarixində saat 21:40 radələrində 64 yaşlı şəxsin (cinsi qadın) koma vəziyyətində olması ilə bağlı çağırış daxil olub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

 

Təcili tibbi yardım briqadası tərəfindən çox ağır vəziyyətdə olan xəstəyə dərhal zəruri tibbi xidmətlər göstərilməyə başlanılıb və oksigen terapiyası aparılıb.

 

Xəstəyə təcili tibbi yardım həkimi tərəfindən dəqiqləşdirilməmiş komatoz vəziyyət diaqnozu qoyulub.

 

Təcili tibbi yardım heyətinin tam nəzarətində xəstə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
50
aztibb.az

10Mənbələr