AZ

Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb

Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd qəsəbə sakini Teymur Zeynalovun yüksək hərarəti olub, daha sonra vəziyyəti ağırlaşıb. Ailə üzvləri T.Zeynalovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, uşağın həyatını xilas edə bilməyiblər.
Məlumatda qeyd olunur ki, mərhumun körpəlikdən qıcolması (epilepsiya) olub. Bundan başqa, onda gizli şəkər xəstəliyi də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Almaz Qasımova
Seçilən
185
50
oxu.az

10Mənbələr