AZ

Yeni qoşulan elektrik və qaz istifadəçilərinə rüsum güzəştləri

İyunun 3-dən ölkəmizdə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə yeni tariflərin tətbiqinə başlanacaq. Bu barədə qərar Tarif (qiymət) Şurasının növbəti iclasında qəbul olunub. İclasda elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri də müəyyənləşdirilib. Qurumdan verilən məlumata görə, bu qərar energetika və iqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti və “Azərişıq” ASC-nin təklifləri əsasında qəbul edilib.

Tarif Şurasının qərarına əsasən, Azərbaycanda elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlı təchizat üzrə 10 kilovatadək 40 manat, 1 fazlı təchizat üzrə 10 kilovatdan yuxarı 60 manat, 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat, orta gərginlik üzrə 170 ma­nat olacaq. Qərarda qeyd olunur ki, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqə­dar əlavə tələblər aradan qaldırıldı­ğı üçün sahibkarlıq subyektləri yal­nız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azal­masına səbəb olacaq.

Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təc­hizatda qoşulma tələb olunan güc­dən asılı olaraq 1 kilovatdan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kilovatadək olduqda xərc enir, 4 kilovat olduqda xərc sabit qalır, 5 kilovat və ondan artıq olduqda isə xərc artır. Xatırladaq ki, tələb olu­nan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Hazırda əhali isteklak­çılarında 1 fazlı təchizat sxemi üzrə 5 kilovatadək qoşulmalar 97,4 faiz təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. 

Tarif Şurasının məlumatında qeyd olunur ki, yeni ödəmə məb­ləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kilovat daxil) ödəniş məbləğləri 60-76 faiz azalır. 3 fazlı və tələb olunan güc 20 kilovatdan 50 kilovatadək ol­duqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kilo­vatdan 200 kilovatadək olduqda isə məbləğ artır. 

Tarif Şurasının iclasında qaz­paylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri də müəyyənlə­dirilərək müvafiq qərar qəbul olu­nub. Belə ki, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş yerlərdə layihə smeta sənədlərinin hazırlan­ması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyya­tı 10 kubmetr-saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşul­ma xidməti üzrə birlikdə 271 manat müəyyən edilib. Ərazi planlaşdırıl­ması sənədləri təsdiq edilməyən yerlərdə isə tikinti obyektlərinin şə­bəkəyə fiziki qoşulma xidməti üzrə 160 manat ödəniş tələb olunacaq.

Məlumatda, həmçinin bildirilir ki, yeni tənzimləmələrə qədər qaz­paylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həya­ta keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qo­şulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olu­nurdusa, artıq tənzimləmədən son­ra vahid və optimal qiymətlər müəy­yənləşdirilib. 

Yeri gəlmişkən, hazırda ölkə üzrə illik qoşulmaların 99 faizi məişət qaz qurğuları təşkil edir ki, bunun da 96 faizi əhali abonentlərinə aiddir. Belə­liklə, mütləq çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahə­də xərclərin azalmasına imkan ya­ranıb. Lakin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilər­də və sənaye qaz qurğularının qaz­paylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. 

Beləliklə, Tarif Şurasının yeni qərarına əsasən, mütləq çoxluq­da istehlakçıların qazpaylayıcı şə­bəkəyə qoşulması prosesi optimal­laşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb. “Lakin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sə­naye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar di­gər işlər, yəni, layihə smeta sənəd­lərinin hazırlanması, tikinti obyek­tindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzim­lənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcək­dir”, – deyə Tarif Şurasının məluma­tında qeyd olunur. 

Xatırladaq ki, son zamanlar istehlakçıların elektrik və qazpay­layıcı şəbəkələrə qoşulması ilə bağlı müəyyən çətinliklər, qey­ri-müəyyənliklər müşahidə olunur­du. Xüsusən də yerlərdə podratçıla­rın sifarişçilərə münasibətində fərqli yanaşmalara, qiymət diktəsinə və sui-istifadə hallarına yol verilir, bu sahədə qeyri-şəffaflıq hökm sü­rürdü. Əksər hallarda isə əhali is­tehlakçıları bu sahədə qiymətlərin yüksək olmasından narazılıqlarını bildirirdilər. Bu səbəbdən də istər elektrik, istərsə də qazpaylayıcı şə­bəkələrə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi. Tarif Şurasının məlumatına görə, yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar ara­sında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmə­dən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçı­lar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib. 

Ekspertlər qazpaylayıcı və elektrik şəbəkələrinə qoşulma ilə bağlı ödənişlərin məbləğində edilən mövcud dəyişikliyi təqdirəlayiq he­sab edirlər. Onların fikrincə, əvvəl­ki məqamlarda bir çox istiqamətlər üzrə podratçı təşkilatlarla istehlakçı­lar arasında tam fərqli yanaşmalar müşahidə edilirdi və müəyyən hal­larda podratçılar daha yuxarı qiy­mətləri tələb şəklində qoyurdular. Yeni mexanizm isə proseslərin di­ferensial formada, individual olaraq tənzimlənməsinə imkan verir. Eks­pertlər, həmçinin deyirlər ki, elekt­rik və təbii qaza qoşulma ilə bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, isteh­lakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yara­dacaq, enerji təchizatı müəssisələ­rinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək. Bu­nunla yanaşı, elektrik və qazpay­layıcı şəbəkələrə qoşulma qiymət­lərinin müəyyənləşdirilməsi aşağı təbəqədən olan daha həssas qrup­ların xərclərinin azalmasına xidmət edəcək. 

Mirbağır YAQUBZADƏ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
11
xalqqazeti.az

10Mənbələr