AZ

Yeni qaydalar əhalinin daha az pul ödəməklə abonent olmasına imkan verəcək - ŞƏRH

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 3 may2024-cü il tarixində keçirilmiş iclasında Energetika vəİqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq”ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyəqoşulma xidmətləri üzrə ödənişlərin məbləğlərimüəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlıtəchizat üzrə 10 kVt-dək 40 manat/kVt; 1 fazlı təchizat üzrə 10kVt-dan yuxarı 60 manat/kVt; 3 fazlı təchizat və aşağı gərginliküzrə 293 manat/kVt; orta gərginlik üzrə 170 manat/kVt olaraqmüəyyən edilib.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri əraziplanlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smetasənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının(ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metrməsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrəbirlikdə - 271 manat; ərazi planlaşdırılması sənədləri təsdiqedilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulmaxidməti üzrə - 160 manat müəyyən olunub.

Məsələ barədə Trend-ə açıqlama verən deputat Azər Badamovbildirib ki, Tarif Şurasının qərarı ilə istehlakçıların elektrik vəqaz şəbəkələrinə qoşulması ilə bağlı ödəniş məbləğinin müəyyənedilməsi bu sahədə yeni bir nizamın formalaşmasına xidmətedəcək.

"Qüvvədə olan qaydalara görə elektrik şəbəkəsinə qoşulmalar 160manat müəyyən olunurdusa yeni qaydalara görə bu ödəniləcəkməbləğlərə fərqli yanaşma olunur. Belə ki, bu 40 manatdanbaşlayaraq 3 kVt-a qədər olduqda xərc enir, 4 kVt olduqda sabitqalır və 5 kVt və ondan çox olduqda artmağa başlayır. Əhalikateqoriyasının 97,7% 5 kVta qədər enerji gücü istehlak etdiyindənbu dəyişiklik əhalinin elektrikə qoşulmalarında mövcud qaydalardandaha aşağı ödənişlə həyata keçirilməsinə imkan verəcək.

O cümlədən 1% təchizat sxemi üzrə 20 kv-a qədər ticarət, ictimaiiaşə, məişət və digər növ xidmət obyektlərində 1% təchizat sxemiilə aşağı güclə qoşulmaların məbləğləri də 60-76% azalır. Əhaliəsasən 1% təchizat sxemi ilə elektrik şəbəkəsinə qoşulduğundanödəniləcək məbləğlər daha az olacaqdır. Amma böyük obeyktlərdə 3%təchizat sxemi ilə edləcək qoşulmalar 20 kv-dan yuxarı artdıqcatələb olunan gücə görə ödənişlərdə də artım baş verəcək.

Yeni qaydalara görə, qaz şəbəkəsinə qoşulmalarda da yeniödənişlər müəyyən edilir və bu dəyişikliklər, əsasən, əhalikateqoriyasının daha az pul ödəməklə abonent olmasına imkanverəcək. Belə ki, ərazi planlaşdırılması sənədləri təsdiq edilmişərazilərdə layihə sənədlərinin hazırlanması da daxil olmaqla,məişət qaz qurğularının düz xətt üzrə 100 metr məsafədə yerləşənşəbəkəyə texnoloji və fiziki qoşulma məbləği 271 manat, əraziplanlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikintiobyektlərin şəbəkə fiziki qoşulmasına görə 160 manat ödəməliolacaq.

Əvvəlki qaydalarda istehlakçılara şəbəkəyə qoşulmaq üçünmüxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa,artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib.Bu da istehlakçılardan şəbəkəyə qoşulmasında podratçılar tərəfindənyüksək məbləğlərin alınmasının qarşısını alacaq", - o qeydedib.

Deputatın sözlərinə görə, tətbiq olunacaq yeni tənzimləmələr ilknövbədə elektrik və qaz şəbəkələrinə qoşulmalarda şəffalfıq təminedəcək:

"Əhali elektrik və qaz xidmətlərindən yararlanmaq üçün nə qədərödəniş etməli olduğunu qabaqcadan biləcək və artıq ödənişlərinedilməsinin qarşısı alınacaq. Bu da böyük çoxluq təşkil edənistehlakçıların xərclərini azaldacaq və qoşulmalar üçün hamıya eynivahid yanaşma tətbiq ediləcək. Bu baxımdan, yeni tənzimləmələrləelektrik və qaz şəbəkələrinə qoşulmalarla bağlı əhalininnarazılıqları aradan qalxacaq və daha rahat əlçatanlıq təminolunacaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Tarif (qiymət)Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaxidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlərmüəyyənləşdirilib.

Bildirilib ki, istehlakçıların elektrik və qazpaylayıcışəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdənistifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasınaistiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma iləbağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçıxərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digərbu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.

Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cüil tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyatnazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləriəsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrəödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakıkimi müəyyən edilib:

- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

- Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən, məişət abonentləri üzrə 1 fazlıtəchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan dabaşlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərcenir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqdaisə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraqəhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhaliisteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarınınxərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin, yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə,məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemiüzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri60-76% azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqdaelektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ dəazalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğartır.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkəningücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığıüçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək.Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərcləriniaradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakıkimi müəyyən edilib:

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdəlayihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qazqurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulmaxidməti üzrə birlikdə - 271 manat;

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdətikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160manat.

Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləriistehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətləhəyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılaraşəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqliqiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid vəoptimal qiymətlər müəyyənləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
322
31
az.trend.az

10Mənbələr