AZ

Bakıda köhnə binalardakı mənzillər kütləvi satışa çıxarılır

Bakıda köhnə beşmərtəbəli binalardakı mənzillər kütləvi satışa çıxarılıb.
Xezerxeber.az-ın məlumatına görə, insanlar arasında "Xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur.
Ekspertlərin fikrincə, digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən alıcılar tərəfindən çox da rəğbət görmür.
Çoxları bazardakı tendensiyanı köhnə binaların tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirirlər.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Bakının yeni Baş Planına uyğun köhnə binaların əksəriyyətinin söküləcəyi xəbəri bazara ciddi təsir edib.
Vüqar Oruc vətəndaşların artıq yeni mənzillərə daha çox meyil göstərdiklərini qeyd edib.
Ətraflı süjetdə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
oxu.az

10Mənbələr