AZ

İdmanQurban Qurbanov: "Çox ciddi rəqibə qarşı oynayacağıq" - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

"Çox ciddi rəqibə qarşı oynayacağıq".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Kubokunun "Zirə" ilə final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, "Zirə"yə qarşı oyunun asan olmayacağını deyib: "Zirə" çempionatın ikinci komandasıdır. Bizə qarşı rahat oynayacaqlar. Oyuna pis hazırlaşmamışıq. Penaltilər seriyasına psixoloji hazırlaşmaq lazımdır. Final oyunlarına fərqli yanaşıram. Çempionatın sonunda futbolçuların fiziki formalarını saxlamasını tələb etmək düzgün deyil".

52 yaşlı mütəxəssis qapıda Andrey Lunyova şans verəcəyini bildirib: "Qapıda üstünlüyü Lunyova verəcəm. Bu gün üçünqəti heç nə deyə bilmərəm. Amma əsasən Lunyova üstünlük verməyi düşünürəm".

Q.Qurbanov Çempionlar Liqasının "Real" və Dortmund "Borussiya"sı arasında bu gün keçiriləcək final matçı barədə də fikirlərini bölüşüb: "Axşamkı oyunda layiqli olan qalib gəlsin. İstərdim ki, "Real" qələbə qazansın. Belə olan halda futbolçularımız əlavə bir neçə gün də istirahət edə biləcəklər".

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı sabah, saat 20.00-da "Liv Bona Dea Arena"da keçiriləcək.

 

BAKU.WS

Seçilən
109
18
far.az

10Mənbələr