AZ

"Kubok finalları hər zaman fərqli olur" - Qurban Qurbanov

"Baxımlı bir oyunun olmasını istəyirik. Rəqibimiz çox ciddidir. Onlara qarşı oynamaq hər zaman çətin olub. Komanda yaxşı mövsüm keçirdi və liqanı ikinci sırada bitirdi. Kubok finalları hər zaman fərqli olur."

90deqiqe.Az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov sabah Azərbaycan Kubokunun finalında "Zirə"yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, "Zirə"yə qarşı oyunun asan olmayacağını söyləyib: "Zirə" çempionatın ikinci komandasıdır. Onlara qarşı oynamaq həmişə çətindir. Oyuna pis hazırlaşmamışıq. Penaltilər seriyasına isə psixoloji hazırlaşmaq lazımdır. Ümumiyyətlə, final oyunlarına fərqli yanaşıram. Amma çempionatın sonunda futbolçuların fiziki formalarını qorumasını tələb etmək düzgün deyil".

Qurbanov sabahkı matçda qapıda Andrey Lunyova şans vermək ehtimalının olduğunu deyib.

Q.Qurbanov Çempionlar Liqasının "Real" və Dortmund "Borussiya"sı arasında bu gün keçiriləcək final matçı barədə fikirlərini də bölüşüb: "Axşamkı oyunda layiq olan qalib gəlsin. İstərdim ki, "Real" qələbə qazansın. Belə olan halda futbolçularımız əlavə bir neçə gün də istirahət edə biləcəklər".

Qeyd edək ki, iyunun 2-də “Liv Bona Dea Arena”da reallaşacaq final qarşılaşması saat 20:00-da başlayacaq.

 

 

Seçilən
102
17
90deqiqe.az

10Mənbələr