AZ

Hər il dünyada 600 milyon insan bu səbəbdən zəhərlənir: Əsas əlamətləri...

Yayda havanın temperaturu artdıqca qida zəhərlənməsi halları da çoxalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 600 milyon insan qida zəhərlənməsindən əziyyət çəkir.

Publika.az xəbər verir ki, ÜST-nin məlumatına görə, qida ilə insan orqanizminə keçən bakteriya, virus, parazit, toksinlər və kimyəvi maddələr kimi çirkləndiricilərin yaratdığı qida zəhərlənməsi nəticəsində müxtəlif xəstəliklər yaranır.

Yayda insanlar açıq havada daha çox vaxt keçirməyə başlayır və açıq şəkildə satılan qidaların istehlakı artır. Temperaturun artması ilə uyğun şəraitdə saxlanmayan və antigigiyenik şəraitdə hazırlanan qidalarda çoxalan bakteriyaların yaratdığı toksinlər qida zəhərlənməsinə səbəb olur.
Mütəxəssislər qida zəhərlənməsinin yaratdığı xəstəliklərin adətən 1-3 gün ərzində öz-özünə tamamilə yoxa çıxdığını bildiriblər. Lakin xəbərdarlıq ediblər ki, bu xəstəliklər ciddi nevroloji vəziyyətlərə və hətta nadir hallarda ölümə də səbəb ola bilər.

Qida zəhərlənməsinin əlamətlərinə isə ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, udma və danışmada çətinlik kimi simptonlar daxildir. Bu hallarla üzləşdikdə ev üsulu müalicə əvəzinə həkimə müraciət etmək vacibdir.

Seçilən
66
27
publika.az

10Mənbələr