AZ

Biləsuvarda narkokuryer saxlanıldı

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News365.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb.

Ondan ümumilikdə yeddi kiloqramdan artıq heroin, tiryək, həşiş qatranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
10
news365.az

10Mənbələr