AZ

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb VİDEO

Biləsuvar, 1 iyun, AZƏRTAC

Biləsuvar rayonunda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, həşiş qətranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
25
azertag.az

10Mənbələr