AZ

Ermənistan Rusiyanın təklif etdiyi yardımdan imtina etdi

“Məlum olduğu kimi, bir neçə gün əvvəl yağan güclü yağışlar nəticəsində Lori və Tavuş marzlarında fövqəladə vəziyyət yaranıb. Ermənistan hökumətinin qərarı ilə bir sıra bölgələr fəlakət zonası elan edilib. Təbii fəlakətin ilk saatlarında Rusiya Federasiyası müxtəlif rəsmi kanallar vasitəsilə Ermənistana yardım təklif edib. Bundan başqa, ilk olaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyanat yayıb və bildirib ki, Ermənistan tərəfinin müraciəti olacağı təqdirdə Rusiya Silahlı Qüvvələrinin vəsaiti və qüvvələri dərhal 102-ci hərbi hissədən təbii fəlakət zonalarına göndəriləcək”.

KONKRET.az xəbər verir ki, bu barədə “Fakt” gündəlik yazıb.

“Sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya daşqından zərər çəkmiş ərazilərin bərpasında Ermənistana kömək etməyə hazırdır. Lakin mənbələrimizə görə, Ermənistan Rusiya tərəfinin fəlakət zonasında birbaşa iştirakını nəzərdə tuta bilən bu cür dəstəyi rədd edib. Əldə etdiyimiz məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək rusiyalı tərəfdaşlarına bildirib ki, Ermənistan təkbaşına öhdəsindən gələcək və Rusiyanın köməyinə ehtiyac duymur.

Bəzi rusiyalı ekspertlər artıq dünən öz fikirlərini bildiriblər ki, belə bir imtina təkcə Ermənistan hakimiyyətinin Rusiya ilə apardığı siyasətlə deyil, həm də Ermənistanda fəaliyyət göstərən Amerika bioloji laboratoriyalarından ən azı birinin fəlakət zonasında olması ilə bağlıdır. Ona görə də ekspertlərin fikrincə, amerikalılar üçün rusların həmin ərazidə peyda olması arzuolunan olmazdı”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
konkret.az

10Mənbələr