AZ

Belçika Azərbaycana yeni səfir təyin edib

Jülen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib
Jülen de Frepon Belçikanın Azərbaycandakı yeni səfiri təyin edilib. AYNA "Report"a istinadən bildirir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, o, hazırda xarici işlər nazirinin Avropa məsələləri və xarici ticarət üzrə müşaviri vəzifəsini tutur.
Qeyd edək ki, Belçikanın Azərbaycandakı hazırkı səfiri Mişel Pitersmans diplomatik missiyasını bu ilin yayında başa vuracaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
50
ayna.az

10Mənbələr