AZ

“Putin dəli deyil, təhlükəlidir” - Zelenski

“Rusiya prezidenti Vladimir Putin dəli deyil, təhlükəlidir. Moskva müharibədə qalib gəlsə, Ukraynada dayanmayacaq”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski “The Guardian”a müsahibəsi zamanı deyib.

O, qeyd edib ki, Rusiya Ukraynada qalib gəlsə, Putin Avropanın sərhədlərini daha da dəyişmək istəyəcək.

Zelenski bu halda Üçüncü Dünya Müharibəsinin olacağını bildirib.

“Rus əsgərləri hətta Kiyevi ələ keçirmək və Ukraynanın dərinliklərinə doğru irəliləmək üçün Hitler ordusu ilə eyni yollardan istifadə ediblər”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
19
missiya.az

10Mənbələr