AZ

Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

Bakı. Trend:

İyunun 7-də Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğunolaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də, saat10:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxıvə Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonunagəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyatakeçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər)prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, BaşProkurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin(012) 361-14-07 nömrəli telefonu, [email protected]elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəkisəhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazılabilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
34
az.trend.az

10Mənbələr