AZ

Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

Baş

Bakı, 31 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev iyunun 7-də saat 10:00-da Ağsu Rayon Prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı və Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
34
azertag.az

10Mənbələr