AZ

Türkiyənin Türk Dövlətlərinə ixracı 16,7 % artıb

2024-cü ilin aprel ayında Türkiyənin Türk Dövlətlərinə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 16,7 faiz artaraq 853,1 milyon dollar olub.

Fins.az xəbər veri ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar - aprel ayında, Türkiyənin Türk Dövlətlərinə ixracı, keçən ilin analoji dövri ilə müqayisədə 7,9 faiz artaraq, 3,2 milyard dollar olub.

“Bu ilin aprel ayında Türkiyənin Türk Dövlətlərindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq 722,3 milyon dollar təşkil edib” - deyə nazirlikdən bildiriblər.

Qeyd olunub ki, 2024-cü ilin yanvar - aprel aylarında Türkiyənin Türk Dövlətlərindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə, 1,8 faiz artaraq, 2,7 milyard dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48 milyard 371 milyon dollara çatıb.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19 milyard 254 milyon dollar, idxalı isə 4 faiz artaraq 29 milyard 117 milyon dollar olub.

“Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 195 milyard 920 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 82 milyard 839 milyon dollara, idxalı isə 9 faiz azalaraq 113 milyard 81 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
13
fins.az

10Mənbələr