AZ

Türkiyənin xarici ticarət dövriyyəsi artıb

Bu ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48 milyard 371 milyon dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19 milyard 254 milyon dollar, idxalı isə 4 faiz artaraq 29 milyard 117 milyon dollar olub.

“Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 195 milyard 920 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 82 milyard 839 milyon dollara, idxalı isə 9 faiz azalaraq 113 milyard 81 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
13
fins.az

10Mənbələr