AZ

Husilər ABŞ, Böyük Britaniya və İsrailə məxsus 10 gəmini vurub

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz, Oman dənizi və Hind okeanında ABŞ, Böyük Britaniya və İsrailə məxsus 10 gəmini vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Husilərin lideri Əbdülməlik əl-Husi açıqlama verib.

O bildirib ki, bu hücumlar Qəzzaya dəstək əməliyyatları çərçivəsində həyata keçirilib: "Biz bu həftə ərzində Qırmızı dəniz, Oman dənizi, Hind okeanı və Aralıq dənizinə doğru 27 ballistik, qanadlı raket və PUA-larla İsrail, ABŞ və İngiltərəyə məxsus 10 gəmini sıradan çıxardıq. Bununla da 2023-cü ilin noyabrından bu yana ABŞ, İsrail və İngiltərəyə məxsus vurduğumuz gəmilərin sayı 129-a çatıb..."

Zülfiyyə

MİA.AZ 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
5
mia.az

6Mənbələr