AZ

Tofiq Zülfüqarovun Milli Məclisin deputatı olmaq arzusu yoxdur ki?..

“İndi, bulmirəm, bəlkə parlamentdə də mənim kimi mütəxəssislərə ehtiyac ola bilər. Ona baxarıq hələ...” “Təxminən 20 il bundan öncə belə bir fikirlərim olmuşdu... Amma bu istiqamətdə konkret addım atmamışdım...” “Artıq on illərdir ki, mən öz fəaliyyətimi siyasətçi kimi yox, daha çox siyasi prosesləri təhlil edən biri kimi qurmuşam. Və cəmiyyətdəki rolumu da bunda görürəm. Çünki siyasətlə məşğul olmaq o deməkdir ki, sən hakimiyyətə iddialısan; istər parlament səviyyəsində, istər digər səviyyələrdə. Ancaq mənim hazırda belə bir iddiam yoxdur və göründüyü kimi, daha çox ölkə və dünyadakı proseslərin təhlili ilə məşğul olan pis-yaxşı bir mütəxəssisəm. İndi, bulmirəm, bəlkə parlamentdə də mənim kimi mütəxəssislərə ehtiyac ola bilər. Ona baxarıq hələ... Zaman göstərər”. Bunu Moderator.az əməkdaşının “Bu ilin payızında Milli Məclisə seçkilərin keçiriləcəyi rəsmən elan ediləcəyi halda deputatlığa namizəd olmaq istəyiniz yoxdur ki?” sualını cavablandırarkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. “Bəs əvvəllər nə vaxtsa ürəyinizdən deputat, Milli Məclis üzvü olmaq keçibmi, ümumiyyətlə?” sualını isə sabiq baş diplomat belə cavablandırıb: “Əvvəllər, təxminən 20 il bundan öncə belə bir fikirlərim olmuşdu... Amma bu istiqamətdə konkret addım atmamışdım. Bu dəfə isə, dediyim kimi, baxarıq...”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
19
turanpress.com

10Mənbələr