AZ

Məşqçi: “İdmanla məşğul olmaq dəb halına gəlib” - MÜSAHİBƏ

Müsahibimiz idmançı Ramil Məmmədzadədir. Bu gün bizi idmanla xüsusən də fitnesslə  bağlı maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi.
 

-Sizin xidmətinizdən daha çox kimlər faydalanır?
 

-Ümumiyyətlə, fitness deyəndə ilk olaraq qadınlar  yada düşür. Daha çox qadınlar  fitnessə gəlir. Ancaq, bu, o demək deyil ki, fitnesslə yalnız qadınlar məşğul olmalıdır. Bu düşüncə kökündən yanlışdır. İstər qadın, istər kişi- hər kəs məşğul ola bilər. Bu, daha çox sağlamlıq üçün vacibdir.
 

Kişilərə fitnesslə məşğul olun deyəndə, gülürlər. Elə bilirlər ki, kişi ancaq kürəyin böyütməlidir, iri çiyinləri olamlıdır. Xeyr, bu belə deyil. Fintess sağlamlıq üçün olduqca əlverişli idman növüdür.
 

- Pərakəndə formada fintesslə məşğul olanlar  onun müsbət deyil, əks təsirini görürlər , deyilmi?
 

-Əlbəttə, doğru qeyd etdiniz. İndi “youtube”çilər yayılıb. Ordan bir- iki video izləyib özünə məşqçiyəm deyənlər var.  Amma məşqçi ilk olaraq psixoloq olamlıdır. Qarşısındakı insanı rahatlıqla dinləyib onun nədən əziyyət çəkdiyini və nədən qurtulmaq istədiyini bilməlidir. Mütəxəsisə müraciət edəndə sağlamlıq da normal olur. Qeyri-peşəkara yaxınlaşanda isə əlbəttə, fitnessin fəsadları olacaq. Yəni, düzgün məşq prossesi getmirsə, necə ola bilər ki, hər şey qaydasında olsun? Bu mümkün deyil.
 

-Sizə müraciət edən insanlar arasında çətin xarakterli insanlarla anlaşa bilirsiniz ?
 

- Bəli, elə insanlar olur ki, arıqlamaq üçün fitnessə gəlir. Gəldiyi zamandan 1 ay keçir, ortada nəticə yoxdur. Çünki bu adam ancaq zalda şəkil çəkdirməyə gəlir. Qidalanmağına qətiyyən diqqət etmir. Arıqlamaq əvəzinə kökəlir. İnsanlar elə bilir ki, zala gəlib- gedəndə arıqlayırlar. İnsan  hədər yerə gəlib-gedəndə yox, məşq eləyəndə arıqlayır. Gün ərzində 40-45 dəqiqə fintesslə məşul olmağa kifayət edər.
 

İnsanlar var ki, birdən- birə arıqlamaq istəyirlər. Onlara izah edirəm ki, bu heç də yaxşı nəticələnmir. Sonra müxtəlif problemlər ortaya çıxır.
 

Bu gün idmanla məşğul olmaq dəb halına gəlib. Hər kəs idmanla məşğul olmağını reklam edir. Əslində həmin adamlar qətiyyən idmanla məşğul olmurlar. Sadəcə zalı reklam edirlər.
İnsanlar idmana maraq edirlər, gəlirlər, ancaq idmanla düzgün məşğul olmurlar.

 

-Bu gün Azərbaycanda idmandan gəlir əldə etmək nə dərəcədə asandır?
 

-Niyə də yox? Çox gözəl də gəlir əldə etmək olur. Hazırda qazancım idmandandır.
 

-Boksla məşğul olan adamların  müəyyən mərhələdən sonra davam etmək şanları olmur.
 

-Profesional boksla məşğul olanlarda o problem olur, bəli.  Əgər boksçu professional idmanla məşğul olursa, Federasiya o idmançıya sahib çıxmalıdır.
 

Azərbaycan Boks Federasiyasının çox gözəl büdccəsi var. Kəmaləddin müəllim idmançılara böyük dəstək olur. Ancaq çox təssüflər olsun ki, Azərbaycan Boks Federasiyasında Sovet dövründə olmuş “Ağdam bazarı”nı açıblar. Bu da bacarıqlı idmançıların kənarda qalmağına səbəb olur.
 

Bu gün mənim Azərbaycana Olimpiyadadan qızıl medal gətirməyə həm gücüm, həm də  ağlım var.  Amma ortada nələrsə var, mənə mane olur.
 

Dünyaya boksu öyrədən Rusiya Federasiyasında , heç vaxt uduzmuram, orda “idman ustası” adına layiq görülürəm. Ancaq, gəlirəm Azərbaycan Çempionatının yarımfinal döyüşündə hansısa bir boksçuya mənim məğlub olduğumu elan edirlər. Mən sadəcə olaraq bu vəziyyətdən şoka düşürəm. Səbəb isə bəlli deyil.
 

-Demək istəyirsiniz ki, Boksada da “sifariş” var ?
 

-Dünyada ilk dəfə qumar boksda yaranıb.Sonra futbola da keçib. Ola bilsin ki, o vəziyyət hələ də boksda “genetik” olaraq qalıb.
Bu sahədə çox idmançını sındırıblar. Boks kasıbların idman növüdür. Yəni əsl boksçu həmişə kasıb olub.

 

-Bütün bunlar güman ki, sizi də ruhdan salır…
 

-Bu vəziyyət məni onsuzda ruhdan salıb. Mən Azərbaycanda zəif sayılıram. Niyə? Çünki, məndə “zəng” yoxdu
Beynəlxaq Turnirdə Rusiya boksçusu kimi çıxış etdim.  Qalib oldum, Rusiya himni oxunanda  kövrəldim. Rusiya kanalları məndən  müsahibə alanda dedilər ki, siz necədə Rusiyanı sevirsiniz. Onlara izah etdim ki, mən ona görə kövrəlirəm ki, burda Azərbaycan himni də səslənə bilərdi. Ancaq təssüf ki, olmadı.

 

Ondan sonra onlar məni komandadan uzaqlaşdırdılar.
 

Mən öz ağlıma və bacarığıma güvənirəm.  Bilirsiniz, Boks narkotikə bənzəyir. İnsanın bədəninə yeriyir. Ona vərdiş də demirəm heç, o çox böyük bir bəladır.
 

Ümid edirik ki, nə vaxtsa nəsə olacaq. Ancaq heç vaxt heç nə olmayacaq. Çünki burada möcüzə baş vermir. Burda hər şey “zəng”lə olur. Mən fitnessə görə Avropa da təhsil aldım ki, nə ilə məşğul oluramsa, o işdə mükəmməl olum. Azərbaycanda fitness üzrə özümü savadlı məşqçi hesab edirəm.
 

Qadın məşqçilər var ki, öz yan əzələlərini slikonla şişirdirlər. Sonra da insanlara sağlam arıqlamaq haqda “dərs keçirlər”. Bir insan öz sağlamlığını düşünmürsə, bədəninə “yad” maddələr yeridirsə, başqasına hansı sağlamlıqdan danışa bilər?!
 

 

Əntiqə Kərimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
19
adalet.az

10Mənbələr