AZ

Şahbaz Şərif Ceyhun Bayramovla Azərbaycan-Pakistan-Türkiyə formatının gücləndirilməsini müzakirə edib

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmisəfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziriŞahbaz Şərif ilə görüşüb.

XİN-dən Trend-ə verilən xəbərəgörə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcudstrateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksəksəviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlarçərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.

Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm vəmədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıqimkanlarını müzakirə ediblər.

Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarınınmütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfliiqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayəqoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinətoxunublar.

Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıqformatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsininqarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üçölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmətedəcəyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələriüçün əlverişli imkan yaratdığını vurğulayıb.

Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraqkəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikirmübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
15
az.trend.az

10Mənbələr