AZ

Ukraynadan növbəti XÜSUSİ ƏMƏLİYYAT - Rusiya katerləri VURULDU

Ukrayna Krımda növbəti kəşfiyyat-diversiya əməliyyatı həyata keçirib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlayıb.

İdarədən bildirib ki, Krımda Rusiyanın hərbi katerlərinə zərbələr endirilib. Ukrayna bu məqsədlə “Magura V5” dronlarından istifadə edib. Dronlarla endirilən zərbələr nəticəsində Rusiyanın KS-701 "Tuna" tipli iki kateri vurulub. Hücumlar Yevpatoriya vilayətinin Çernomorskoye kəndi yaxınlığında baş verib.

Ukrayna tərəfi bildirib ki, Rusiya hücuma qarşı aviasiyadan, atıcı silahlardan və artilleriyadan fəal şəkildə istifadə etsə də, heç bir nəticə əldə etməyib.

Qeyd edək ki, sözügedən hücumla bağlı Rusiya Müdafiə Nazirliyi də açıqlama yayıb. Açıqlamada qeyd edilib ki, mayın 29-dan 30-na keçən gecə Ukrayna uzaqmənzilli ATACMS raketləri, pilotsuz təyyarələr və pilotsuz katerlərlə hücum edib. Məlumata görə, hücumun qarşısı alınıb:

“Hava hücumundan müdafiə sistemləri Azov dənizi üzərində səkkiz operativ-taktiki raketi məhv edib, səkkiz PUA isə Qara dəniz üzərində Krım yarımadasının sahilləri yaxınlığında ələ keçirilib. Həmçinin Qara dənizdə iki qayıq məhv edilib. Kerçdə raket qalıqlarının düşməsi nəticəsində iki bərə zədələnib”.

Rusiya tərəfi iddia edir ki, hücumların nəticəsində itki yoxdur. Bununla belə Rusiya bildirib ki, son iki həftə ərzində Krım istiqamətində Ukrayna ATACMS raketləri ilə bir neçə dəfə hücum edib və iki nəfər dünyasını dəyişib.

sfera.az

Seçilən
164
19
hurriyyet.az

10Mənbələr