AZ

Turp qaz və köp yaratmaması üçünbelə yeyilməlidir

Turpun da digər tərəvəzlər kimi sağlamlıq üçün bir çox faydası var. Bu tərəvəz əsasən qaraciyəri təmizləyən təbii vasitə kimi tanınır.

Mediciana.az turpun faydalarını təqdim edir:

- Turp qaraciyər və öd kisəsinin sağlamlığını dəstəkləyən xüsusiyyətləri ilə tanınır.

- Tərkibindəki antioksidant birləşmələri sayəsində xərçəngə qarşı qoruyucu təsir göstərə bilər. Bu baxımdan qara turp daha təsirlidir. Ancaq yüksək antioksidant tərkibi ilə qırmızı turp da ondan geri qalmır. Tərkibindəki lif və qlükozinat birləşmələri sayəsində turp xüsusilə də kolon xərçəngindən qoruyur.

- Həm də sidikqovucu təsiri ilə ödemi aradan qaldırır və həzmi asanlaşdırır.

- Şəkər xəstələri üçün uyğun bir tərəvəz olan turp qan şəkərini balanslaşdırmağa kömək edir.

- Turpun kalorisi azdır, yüksək miqdarda lif ehtiva edir və gündəlik lif ehtiyacının əhəmiyyətli hissəsini ödəyə bilir.

- Bundan əlavə, tərkibindəki A, C və E vitaminləri ilə immunitet sistemini gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur.

- Tərkibində yüksək miqdarda olan kalium sayəsində ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tarazlaşdırır.

- Folatla zəngin olması ilə də diqqət çəkir.

- Turpun yarpaqları da faydalıdır. Çünki tərkibində beta-karotin, C, E, B6 və B9 vitaminləri var. Bu yarpaqlar göz və ağciyər sağlamlığını dəstəkləyir, həmçinin qocalmanı ləngidir.

Onu da qeyd edək ki, turp tərkibindəki kükürd birləşmələri səbəbindən həddindən artıq istehlak edildikdə qaz və ishala səbəb ola bilər. Bundan əlavə, yüksək miqdarda oksalat ehtiva etdiyi üçün həddindən artıq yemək mineral itkisinə səbəb olur. Ona görə də turpu balanslı şəkildə istehlak etmək vacibdir.

Mütəxəssislər turpun mənfi təsirlərini aradan qaldırmaq, müsbət təsirlərini isə artırmaq üçün onu az miqdarda zeytun yağı və limon şirəsi ilə qarışdırıb istehlak etməyi məsləhət görürlər.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
46
medicina.az

10Mənbələr