AZ

SosialGünə hər səhər bir stəkan süd içməklə başlayın

SİZİN REKLAM BURADA!055 213 76 73

Sağlam həyat üçün ən əhəmiyyətli qida qaynağı olan süd və süd məhsulları xüsusilə böyümə və inkişaf dövrlərində, hamiləlik və ana südü ilə qidalanma dövründə daha çox önə çıxır.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, süd insanın gündəlik B12 vitamini ehtiyacının 50%-ni, kalsium ehtiyacının 25%-ni, kalium və D vitamini ehtiyacının isə 15%-ni qarşılaya bilir.

Süd tərkibindəki kalsium və D vitamini sayəsində sümük sağlamlığına əhəmiyyətli dərəcədə töhfə verir. Güclü sümüklərin meydana gəlməsində əhəmiyyətli olan süd, bədənə qəbul edilən qidalarda kalsiumun sərbəst buraxılmasını təmin edir. Ona görə də həyat boyu süddən faydalanmaq və müntəzəm olaraq istehlak etmək vacibdir.

İmmuniteti artırır, sümük quruluşunu gücləndirir, həzm üçün faydalıdır, enerji mübadiləsini dəstəkləyir, dişləri qoruyur və inkişafı dəstəkləyir.

Uşaqlıqdan süd istehlakı vərdişinə yiyələnmək və onu ömür boyu saxlamaq vacibdir.

Səhər acqarına istehlak edilən 1 stəkan süd bağırsaqların hərəkətinə kömək edir və yağ yandırılmasını sürətləndirir. Süd bir çox pəhriz siyahılarının qəlyanaltılarına daxildir.

Yetkin fərdlər, xüsusilə də qadınlar, gələcəkdə meydana gələcək osteoporozun qarşısını almaq üçün qida rasionuna gündə bir stəkan süd əlavə etməlidirlər.

Məktəb yaşlı uşaqların hər səhər bir stəkan südlə günə başlaması, axşam isə bir stəkan südlə günü bitirməsi xüsusilə vacibdir.

1 yaşa qədər uşaqlara inək südünün qəbulu tövsiyə edilmir, çünki bu, dəmirin udulmasında problemlər yarada bilər.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
46
far.az

10Mənbələr