AZ

Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə etdi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasını (COP29) müzakirə edib.

Demokrat.az bildirir ki, bununla bağlı İ.Jivkoviç sosial şəbəkə hesabında məlumat verib.

Görüşün məhsuldar keçdiyini vurğulayan BMT rəsmisi UNDP-nin minatəmizləmə və yaşıl inkişafa dəstək verməyə sadiq olduğunu vurğulayıb və COP29 və ondan kənarda gələcək əməkdaşlığı səbirsizliklə gözlədiklərini qeyd edib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
3
demokrat.az

10Mənbələr