AZ

İtaliyalı nazir NATO rəhbərini "təhlükəli adam" adlandırdı:"ONU DAYANDIRIN!"

İtaliya baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri, "Liqa" partiyasının lideri Matteo Salvini NATO-nun baş katibi Yens Stoltenberqi "təhlükəli adam" adlandırıb və bildirib ki, onun qarşısını almaq lazımdır.

 

Məlumatı TASS yayıb.

 

"Bu səhər mənə dedilər ki, NATO-nun baş katibi Stoltenberq Sofiyada İtaliya və Avropa silahlarının Rusiyanı vurmalı olduğunu söyləyib. Bu centlmen təhlükəlidir. O, Üçüncü Dünya müharibəsindən danışır. Rusiya daxilində hədəfləri vurmaq mənə təhlükəli görünür, ona görə də, kim bacarırsa, onu dayandırsın", - nazir bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
3
senzor.az

10Mənbələr