AZ

İstanbulda silahlı toqquşma - Ölü və yaralılar var 

İstanbulda bir kafedə iki qrup arasında silahlı qarşıdurma baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, qarşıdurma ilə bağlı İstanbul Valiliyindən açıqlama verilib.

 

Bildirilib ki, hadisə yerli vaxtla saat 20:10 radələrində şəhərin Üsküdar rayonunda meydana gəlib. Əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.

 

Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma başladılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
modern.az

10Mənbələr