AZ

Yeni Kaledoniyanın nümayəndə heyəti Bakıya gələcək

Mayın 30-da Bakı Təşəbbüs Qrupu çərçivəsində keçiriləcək görüş üçün Yeni Kaledoniyadan nümayəndə heyəti Azərbaycana gələcək.

Bu barədə Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov məlumat verib. Onun sözlərinə görə, Bakı Qərbin təzyiqlərinə baxmayaraq, xalqların müstəmləkəçilik əleyhinə mübarizəsinə dəstək verməklə bağlı prinsipial mövqeyini saxlayır.

"Biz dəstək veririk - siyasi, mənəvi, informasiya dəstəyi. Amma biz insanları Yeni Kaledoniyaya göndərmirik ki, orada təbliğat aparsınlar. Arxipelaq Azərbaycandan 15 min km uzaqda yerləşir. Təbii ki, biz ora silah göndərmirik - bizim nə təyyarədaşıyıcılarımız, nə də strateji təyyarələrimiz var", - deyə deputat istehza ilə bildirib.

R.Musabəyov əmin edib ki, Parisin təzyiqləri Bakının neokolonializmlə mübarizəni davam etdirməsinə mane olmayacaq.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
9
teleqraf.com

10Mənbələr