AZ

Karlo Ançelotti məşqçilik karyerasını bitirəcəyi klubun adını açıqladı

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti məşqçilik karyerasını bitirəcəyi klubun adını açıqlayıb.

Arena.az “La Repubblica” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Futbol – bu, mürəkkəb və sadədir. Amma sadəlik daha çoxdur. Bunun üçün ehtiras gərəkdir, onu vəsvəsələrlə çətinləşdirməyə ehtiyac yoxdur. Vəsvəsələr – bir xəstəlikdir. Xoşbəxtlikdən məndə bunlar yoxdur. Hələ çox həvəsim var. Mən karyeramı “Real”da başa vuracağam, amma əvvəlcə daha bir Çempionlar Liqasını qazanmaq istəyirəm”, deyə Ançelotti həvəslə bildirib.

Xatırladaq ki, cari mövsümdə Ançelotti bu arzusunu gerçəkləşdirə bilər.

Bu mövsüm “Real”la erkən surətdə İspaniya La Liqasında qalibiyyətini təmin etmiş və İspaniya Super Kubokunu qazanmış italyan mütəxəssis iyunun 1-də “Uembli”də Dortmud “Borussiya”sı ilə UEFA Çempionlar Liqasının final oyununda üz-üzə gələcək.

64 yaşlı italyan mütəxəssis 2013-2015-ci illərdə də “Real”ı çalışdırıb. O, daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, indiyədək “qaymaqlılar”a rəhbərlik edir. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Karlo Ançelottinin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
arena.az

3Mənbələr