AZ

Karlo Ançelotti 5-ci dəfə Çempionlar Liqasının qalibi oldu

Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə final oyunundakı qələbə “Real”ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “Real” 2023/2024-cü illər mövsümünün Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sını məğlub edərək çempion olub.

“Qaymaqlılar”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti beşinci dəfə qitənin ən mötəbər klub yarışının qalibi olub.

Beləliklə, Ançelotti mütləq rekord müəyyənləşdirib.

Karo Ançelottinin Çempionlar Liqasında zəfər qazandığı mövsümlər:

  1. 2002/2023-cü illər mövsümü (“Milan”);
  2. 2006/2007-ci illər mövsümü (“Milan”);
  3. 2013/2014-cü illər mövsümü (“Real”);
  4. 2021/2022-ci illər mövsümü (“Real”);
  5. 2023/2024-cü illər mövsümü (“Real”).

Bundan başqa, italyan mütəxəssis 2004/2005-ci illər mövsümündə də “Milan”la Çempionlar Liqasının finalına yüksəlib, amma “Liverpul”a məğlub olub.

Beləliklə, Karlo Ançelotti Çempionlar Liqasının finalına ən çox yüksəlmiş mütəxəssisdir – 6 dəfə.

Xatırladaq ki, 64 yaşlı italyan mütəxəssis 2013-2015-ci illərdə də Madrid “Real”ını çalışdırıb. O, daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, indiyədək “qaymaqlılar”a rəhbərlik edir. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçiblər.

Seçilən
63
2
arena.az

3Mənbələr