AZ

"TikTok"da 30 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərinin talanması barədə polisə məlumatlar daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb.
Araşdırmalarla onun "TikTok" sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talaması məlum olub. Saxlanılan şəxs eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
23
oxu.az

10Mənbələr