AZ

İşlədiyi yerdən oğurluq edən bağban saxlanıldı

İyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30 min manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, rayon polis idarəsinin 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
23
unikal.az

10Mənbələr