AZ

Biz mikroplastik yeyirik – Ən böyük mənbəyi qablaşdırılmış sudur

“Orta hesabla insan hər il 74.000-121.000 mikroplastik hissəcik yeyir, içir və nəfəs alaraq qəbul edir”.

Valyuta.az xəbər verir ki, bunu qida mühəndisi Fərid Səfərov sosial media hesabında paylaşıb. O, bildirib ki, araşdırmalara görə, bədənimizə daxil olan mikroplastiklərin ən böyük mənbəyi qablaşdırılmış sudur:

“Mikroplastiklər təbiətdə uzun müddət qaldığı üçün qəbul etdiyimiz qidaların - duz, şəkər, bal, bəzi meyvə və tərəvəzlər, dəniz canlıları və hətta doğulmamış körpənin plesentası, ürək, ağciyər, qanda belə aşkar oluna bilir”.

F.Səfərov onu da qeyd edib ki, başqa bir araşdırmaya görə arterial damarların tıxanmasına səbəb olan qan laxtaları və yağların tərkibində mikroplastik tapılmış və bu infarkt, insult və ölüm riskini artırır. Mikroplastiklər orqanizmdə hüceyrə ölümünə və allergik reaksiyalara səbəb ola bilər.

Qida mühəndisi bununla mübarizə yollarından danışan zaman gündəlik məişətdə, qidalanmağımızda, dərman qəbulunda plastik istifadəsini maksimum dərəcədə azaltmalı olduğumuzu və əvəz etməyə çalışmalı olduğumuzu vurğulayıb:

“Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik çantaların, sintetik geyimlərin istifadəsini azaltmaq. Paltar qurutma maşınlarından istifadə etməmək. İctimai nəqliyyata üstünlük vermək. Tərkibində plastik olmayan kosmetik vasitələr və dərmanlardan istifadə etmək. Bütün bunlar bizim ola biləcək risklərdən və xəstəliklərdən qorunmamıza kömək edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
valyuta.az

10Mənbələr