AZ

“Zəngəzur” tankeri əsaslı təmir olunub

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) DənizNəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmirolunub.

Trend bubarədə ASCO-ya istinadən xəbər verir.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanıtankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzielektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmirolunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırmaişləri yerinə yetirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 2 dəstmüasir tip “Inmarsat-C”, 1 dəst “DS-85” tipli sürətölçən laq, 1dəst “NAVTEX-700” tipli hava məlumat qəbuledicisi, 1 dəst stasionarUQD radiostansiya quraşdırılıb.

Gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər tankerin sualtı və suüstü hissəsinin, baş göyərtə vəüst qurumunun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərəkrənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
az.trend.az

10Mənbələr