AZ

“Zəngəzur” tankeri əsaslı təmir olunub

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir olunub.

Hafta.az bu barədə ASCO-ya istinadən xəbər verir.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 2 dəst müasir tip “Inmarsat-C”, 1 dəst “DS-85” tipli sürətölçən laq, 1 dəst “NAVTEX-700” tipli hava məlumat qəbuledicisi, 1 dəst stasionar UQD radiostansiya quraşdırılıb.

Gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Təmirçilər tankerin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumunun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək rənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.

Seçilən
92
50
hafta.az

10Mənbələr