AZ

Ərdoğandan İslam ölkələrinə Qəzza ilə bağlı ÇAĞIRIŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Qrup Toplantısında iştirak etmək üçün Türkiyə Böyük Millət Məclisinə gedib.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, partiya üzvləri tərəfindən böyük coşğu ilə qarşılanan Ərdoğan gündəmlə bağlı açıqlamalar verib.

R.T.Ərdoğan İsrailin Rəfahda həyata keçirdiyi hücumlara sərt reaksiya verib. 

Dünyanın qətliamı izləməklə kifayətləndiyini bildirən Ərdoğan deyib: 

"İslam ölkələri ortaq qərar vermək üçün daha nə gözləyir? İsrailin Qəzzadakı soyqırımı Rəfahdakı hücumlarla daha qanlı mərhələyə qədəm qoydu. Çadırlara edilən hücumlarda 45 günahsız fələstinli şəhid olub. Şəkillərə ürək dözmür”.

Ərdoğan ABŞ-yə səslənərək deyib:

"Ey ABŞ, bu qan sizin də əlinizdədir. Bu soyqırıma görə ən az İsrail qədər məsuliyyət daşıyırsınız. Ey Avropa prezidentləri, siz susduğunuz üçün bu barbarlığa şərik oldunuz. Yardım karvanlarını, məscidləri, xəstəxanaları vurdular, siz susdunuz. Qəzzada təkcə bəşəriyyət yox, körpələr də ölür. Heç kim çıxıb bizimlə ifadə azadlığından danışmasın”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
36
7news.az

10Mənbələr