AZ

Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Mayın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, Beştəpədə keçiriləcək toplantının əsas mövzusu terrorla mübarizədir.

Qeyd olunub ki, iclasda İraqın şimalında terror ünsürlərinin məhv edilməsi üzrə davam edən əməliyyatlar, həmçinin PKK/YPG terror təşkilatının Suriyanın şimalında işğal etdiyi yerlərdə qanunsuz seçki keçirməyə hazırlaşması və özünü legitimləşdirmə cəhdləri ilə bağlı görüləcək tədbirlər müzakirə olunacaq.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
36
missiya.az

10Mənbələr