AZ

Türkiyədə durum dəyişir: Ərdoğan və CHP lideri təlimat verdi – Proses dərhal başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl arasında keçirilən görüşdən sonra siyasətdə normallaşma prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, Ərdoğan və Özəlin göstərişi ilə CHP-nin kölgə kabineti ilə prezident kabineti arasında silsilə görüşlər başlayıb.

NTV-nin məlumatına görə, ilk təmas Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində olub. Nazir Mehmet Özhaseki CHP sədrinin müavini Gökan Zeybeki ofisində qəbul edib. CHP millət vəkilləri Cavit Arı və Yaşar Tüzün müşayiəti ilə keçirilən görüş saat yarım davam edib.

Müsbət atmosferdə keçən görüşdə müxtəlif problemlər, xüsusilə də bələdiyyələrin maddi sıxıntıları müzakirə olunub.

İkinci görüş Xarici İşlər Nazirliyində keçirilib. Xarici işlər naziri Hakan Fidan CHP-nin kölgə kabinetinin xarici işlər naziri, partiya sədrinin müavini İlhan Uzgellə görüşüb. Fidanın ofisində baş tutan görüşün məhsuldar keçdiyi vurğulanıb. Görüşdə institusional strukturlarla bağlı fikir mübadiləsi aparılıb və Fidan Uzgelin təkliflərini qeydə alıb.

CHP təmsilçiləri ilə nazirlər arasında təmasların yaxın günlərdə də davam edəcəyi bildirilir.

Qarşıdakı günlərdə CHP-nin sədr müavinlərinin daxili işlər naziri Ali Yerlikaya və müdafiə naziri Yaşar Gülərlə görüşləri gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
36
teleqraf.com

10Mənbələr