AZ

Ərdoğan CHP-nin qərargahına gedəcək - TARİX AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyun ayının ilk həftəsində CHP-nin qərargahını ziyarət edəcək.

Korrespondent.az bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Abdullah Gülər deyib.

Xatırladaq ki, bundan öncə Ərdoğan CHP sədri Özgür Özəllə AKP-nin mənzil-qərargahında görüş keçirmiş və “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm” demişdi.

“Cənab Özələ dedim ki, ilk fürsətdə cavab səfəri edəcəyəm. İstəyirəm ki, ilk fürsətdə bu səfəri həyata keçirim və Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq”, - deyə Ərdoğan mayın əvvəlindəki görüşdə bildirmişdi.

Dövlət başçısı həmçinin vurğulamışdı ki, “Türkiyənin buna ehtiyacı var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
36
korrespondent.az

10Mənbələr