AZ

Gəncədə nömrəsiz “Zapı" ilə “hoqqa” verən avtoxuliqan sürücü- VİDEO

Avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl Gəncə rayonu ərazisində qeydə alınıb. “ZAZ” markalı maşını idarə edən sürücü yolda təhlükəli manevrlər edərək “şou” göstərib. Belə ki, o, əks istiqamətli yola çıxaraq yenidən öz zolağına qayıdır və daha sonra dəfələrlə qarşı tərəfə keçir. Eyni zamanda avtomobili ön və arxa dövlət qeydiyyat nişanı olmadan idarə edir. 
Qeyd edək ki, sürücü paylaşdığı digər videolarda da nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan sürüb. 
Xatırladaq ki, sürücünün avtoxuliqanlıq hərkətləri İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər.  Avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etmək isə Məcəllənin 342.7-ci maddəsinə əsasən, 100 manat məbləğində cəriməylə nəticələnir.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
27
avtosfer.az

10Mənbələr