AZ

Bakıda sürücü "Prius"u qucağında uşaqla idarə etdi – ANBAAN VİDEO  

Ötən gün "Aeroport yolu"nda təhlükəli anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Baku.ws" məlumat yayıb. 

Bildirilib ki, sürücü "Toyota Prius" markalı avtomobili qucağındakı azyaşlı ilə birgə idarə edib. Baş verənlər digər sürücüləri təşvişə salıb.  

Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev yayılan görüntülərlə bağlı bildirib ki, sürücü özü ilə yanaşı uşağın da həyat və sağlamlığını düşünmür.   "Nəzərə almır ki, nəqliyyat vasitəsinin belə idarə olunması sonra arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər.

Qeyd olunan videodakı sürücü tərəfimizdən araşdırılır. Onunla bağlı qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcək. Qayda pozuntusu inzibati məsuliyyət yaradır. Eləcə də həmin sürücü və azyaşlı ilə profilaktik söhbətlər aparılacaq. 
"Sözügedən videoda açıq-aşkar görünür ki, nəqliyyat vasitəsinin, sükanın idarəsi sürücüdən başqa həm də uşağa həvalə olunub. Bu, birmənalı olaraq kobud qayda pozuntusudur". 
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
27
bizim.media

10Mənbələr