AZ

Futbol“Araz-Naxçıvan”ın baş məşqçisi: Hədəf öz dəst-xətti olan komanda formalaşdırmaqdır

Hədəf öz dəst-xətti olan komanda formalaşdırmaqdır. İlk “üçlüy”ə və ya “dördlüy”ə iddia etmək sözlə olmur.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”la yeni - 2024/2025 mövsümünün sonuna qədər müqavilə bağlayan baş məşqçi Elmar Baxşıyev deyib.

O, əvvəlcə futbolçularla bağlı məsələləri həll etmək istədiyini bildirib: “Ümumi plan odur ki, rəqabətədavamlı komanda formalaşdıraq. İndiki durumda komandada olan futbolçuların bir çoxunun müqavilə müddəti bitib. Bəziləri ilə yeni müqavilə bağlanıb, bəziləri ilə danışıqlara başlanılacaq. Say olaraq neçə futbolçu ilə vidalaşcağımız dəqiq deyil. Legionerlərdən Nuno Rodriqes, İqor Ribeyro, Kristian Avramla müqavilə bağlamışıq. Miço Kuzmanoviçdən isə cavab gözləyirik. Qarşıdakı günlərdə yerli futbolçular transfer edəcəyik. Əcnəbilərdən də bizə uyğun olanların üzərində dayanacağıq”.

Planda iki təlim-məşq toplanışı olduğunu, bunlardan birini ölkə daxilində, digərini xaricdə keçirməyi düşündüklərini söyləyən E.Baxşıyev yeni mövsüm üçün qarşıya qoyulan hədəflədən də danışıb: “İddianı göstərmək üçün buna uyğun komanda formalaşdırmaq lazımdır. Qarşımıza qoyulan hədəf yaxşı kollektiv yaratmaqdır. Rəqabətədavamlı komandan olmayandan sonra yalandan vəd vermək düzgün deyil. Bu, boş-boş danışmaq kimidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
1
far.az

10Mənbələr