AZ

"Araz-Naxçıvan" baş məşqçisi ilə bağlı qərar verdi

"Araz-Naxçıvan"nın rəhbərliyi baş məşqçi Elmar Baxşıyevlə bağlı qərar verib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi çalışdırıcısı ilə yeni müqavilə imzalayıb.

Anlaşmanın müddəti 1 ildir. Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. “Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
8
sportal.az

10Mənbələr