AZ

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuş iyunun 4-də olacaq

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, ötən gün 1500 kvota yeri dolub:

“İyunun 4-də Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş olacaq, sonuncu isə iyunun 10-da nəzərdə tutulub. Zəvvarlar bəzi günlər bir, bəzi günlər isə iki təyyarə ilə yola salınacaq”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
11
herbiand.az

10Mənbələr