AZ

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatdı – İLK UÇUŞUN VAXTI AÇIQLANDI

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.

Korrespondent.az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Məlumata görə, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub.

Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
49
korrespondent.az

10Mənbələr