AZ

Zelenskidən NATO ilə bağlı görün nə xahiş ediblər - Yüksək rütbəli rəsmilər açıqladı

Volodimir Zelenskidən Ukraynanın üzvlük məsələsində NATO-ya təzyiq etməməyi xahiş ediblər.

Bu barədə Britaniyanın “Teleqraf” qəzeti NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Onlar nəşrə bildiriblər ki, 2023-cü ildə NATO-nun yüksək rütbəli rəsmiləri alyansın Litvada keçirilən sammitindən sonra Kiyevin daxil olmasını dəstəkləyən üzvlərin, o cümlədən Britaniyanın bu qərar ətrafında “həddən artıq təzyiq” yaratması qərara alındıqdan sonra “gözləntilərin idarə edilməsini” həyata keçiriblər.

“Teleqraf” yazır: “Zelenskidən Ukraynanın Aİ-yə daxil olması üçün dəqiq cədvəli dəstəkləmək üçün ayrı-ayrı müttəfiqlərə təzyiq etməməyi xahiş ediblər”.

Materialın müəllifləri hesab edirlər ki, Kiyev NATO-nun “Rusiya ilə müharibəyə cəlb oluna biləcəyi” qorxusu fonunda 2024-cü ildə keçiriləcək illik sammitdə alyansa üzvlük yolunda daha da irəliləməyəcək.

Adı açıqlanmayan iki diplomat qəzetə bildirib ki, sammitdə NATO liderləri prosesə dəstək əlaməti olaraq üzvlük üçün qondarma “körpü” təklif edəcəklər.

Onların fikrincə, hazırda müzakirə olunan dəstək paketi “Ukraynanın öz gələcəyini seçmək qabiliyyətini vurğulayacaq və üzvlük yolunun getdikcə qısaldığını nümayiş etdirəcək”.  / Publika.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
48
referans.az

10Mənbələr