AZ

NATO öz hava hücumundan müdafiə sistemi ilə Ukrayna səmasını bağlaya bilər

NATO ölkələri Ukraynaya dəstəyi genişləndirmək və Ukrayna ərazisinin özündə əməliyyatlara başlamaq istəyir.

Editor.az xəbər verir ki, bu barədə “Bild” qəzeti mənbələrə istinadən yazıb. Nəşrə görə, Estoniya, Böyük Britaniya, Polşa, Kanada, Litva və Fransa Kiyevə yardımın genişləndirilməsinin tərəfdarıdır. Qəzet yazır ki, ABŞ və Almaniya Ukraynaya kömək üçün əlavə tədbirlərə qarşı çıxıblar, lakin hələlik yekun qərar yoxdur. Alyans həmçinin Ukraynanın bir hissəsi üzərində öz hava hücumundan müdafiə sistemi ilə səmanı bağlamaq imkanını müzakirə edir.

Nəşrin yazdığı kimi, hazırda ölkələr arasında danışıqlar aparılır.

Beləliklə, Qərbi Ukraynanın hava məkanının NATO komplekslərinin köməyi ilə mühafizəsi variantı nəzərdən keçirilir. Təklif Polşa tərəfindən irəli sürülüb, lakin hələlik yekun qərar yoxdur. Bundan əlavə, “Bild” yazır, Ukraynanın özündə NATO təlimatçılarının ukraynalı əsgərlərə təlim keçməsi müzakirə olunur. Almaniya Müdafiə Nazirliyinin əməliyyat qərargahının keçmiş rəhbəri Niko Lange hesab edir ki, “yüz minlərlə ukraynalının təlim keçmək üçün Avropanı dolaşmasından”sa, Ukraynaya təlimatçılar göndərmək daha ağıllı və qənaətcildir.

Böyük Britaniya, Kanada, Estoniya və Kanada hazırda “qabaqcıl logistika” konsepsiyasını hazırlayırlar və bu konsepsiya çərçivəsində silah və sursatların təkcə Ukrayna sərhədlərinə deyil, həm də cəbhə bölgələrinə çatdırılması planlaşdırılır.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
48
editor.az

10Mənbələr